Dərc edildi: Baxış sayı: 542
Məhəmməd Zülfüqaroğlu - Gözlə
Hər bir işin pərdəsi var,
Həyanı tut, arı gözlə.
Məhəbbəti qoru, saxla,
Əziz vardı, yarı gözlə.
Əvəz olmaz ötən günlər,
Arzulara yetən günlər,
Ağır olur itən günlər,
Xoş rüzgarını gözlə.
Məhəmməd, söz təşnəsisən,
Bu yol ilə getməlisən,
Hər arzuna yetməlisən,
Cəhənnəmi, narı gözlə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət