Dərc edildi: Baxış sayı: 451
Məhəmməd Xəlifə Aciz - Əlindən
Haçanacan aman çəkim,
Bu zalım hicran əlindən.
Bu ev yıxan sitəmkarın
Aman, əlaman əlindən.
Qəm evində xəstə qaldım,
Bərgi-xəzantək saraldım,
Könlümü zülfündən aldım,
Qurtardım ilan əlindən.
Sevdim bir zülfi-kəməndi,
Olubdur könlümün bəndi,
Qocaldım, ömrüm tükəndi,
Bir tazə cavan əlindən.
Sevdim bir yari-bivəfa,
Sitəmi Acizə rəva,
Yemişəm yüz tiri-cəfa,
Bu qaşı kaman əlindən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət