Dərc edildi: Baxış sayı: 586
Məhəmməd Salah 'Liverpul'un tarixinə düşüb
"Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salah Premyer Liqanın XXXVI turunda "Haddersfild"la matçda İngiltərə təmsilçisinin tarixinə düşüb.
"Report" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi həmin görüşdə iki qol vurmaqla yeni rekorda imza atıb. Misirli oyunçu "mersisaydlılar"ın heyətində 100-cü matçında 69-cu qolunu vurub. Bu isə klub tarixində ən yaxşı nəticədir.
Daha əvvəl Rodjer Hant (1959-1969) və Sem Reybould (1900-1907) ilk 100 oyunda 68 qolla yadda qalıb.
Qeyd edək ki, "Haddersfild"la qarşılaşma "Liverpul"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Salah həmçinin Premyer Liqada 21 qolla bombardirlər siyahısına başçılıq edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət