Slimfit
  1. İQTİSADİYYAT

Məhəmməd İslami: Yaxın gələcəkdə İran ilə Azərbaycanı avtomobil yolu da birləşdirəcək

Məhəmməd İslami: Yaxın gələcəkdə İran ilə Azərbaycanı avtomobil yolu da birləşdirəcək
Sakura

Məhəmməd İslami: Yaxın gələcəkdə İran ilə Azərbaycanı avtomobil yolu da birləşdirəcək

Yaxın gələcəkdə İran ilə Azərbaycanı yalnız dəmir yolu deyil, həmçinin avtomobil yolu da birləşdirəcək.

SİA xəbər verir ki, bu sözləri Astarada səfərdə olan İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami deyib. O bildirib ki, Ərdəbil-Astara magistral yolu hazırda genişləndirilir və yaxın günlərdə başa çatacaq. Bundan başqa, Ənzəli limanından da Astaraya çəkilən yolun inşası davam etdirilir. Bu yollar Azərbaycan ilə İran arasındakı nəqliyyat əlaqələrini inkişaf etdirəcək. İki ölkə arasında nəqliyyat əlaqələrinin genişlənməsi ticarət dövriyyəsinin artmasına və tranzit imkanlarının genişlənməsinə böyük imkanlar yaradır.

Nazir nəzərə çatdırıb ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan bu yollardan təkcə İran ilə Azərbaycan deyil, regionun digər ölkələri də faydalanacaq.

Qeyd edək ki, Azərbaycan 204 kilometrlik Bakı-Astara yolunu yenidən quraraq 2018-ci ildə istifadəyə verib. Hazırda bu yol vasitəsi ilə İran Rusiyanın Dağıstan respublikası ilə ticarət əlaqələrini davam etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR