Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Hidəci - Təmsilləri

Məhəmməd Hidəci - Təmsilləri
Sakura

Məhəmməd Hidəci - Təmsilləri

Eşitdim ki, ləklək gedib bir günü,
Nahara qonaq istədi tülkünü.

Onunçün bişirdi əriştə aşı,
Məsəldir: "Qıyınmaz varından kişi".

Lüleynə töküb aşı qoydu öyə,
Dedi: "Özgə qab yoxdur aş tökməyə.

Çənağı uşaq sındırıbdır bu gün".
Qabaqca uzatdı özü dimdiyin -

Lüleynə, dedi tülküyə: Meyl edüz!
Bu halı görüb tülkü oldu quduz.

Vəli, istəməzdi gətirsin üzə,
Kişi beylə dəmlərdə, xoşdur dözə.

Dedi ləkləkə: "Ey mübarəkliqa,
Bu gün mən, ğəzaya yoxum iştəha.

Dəyibdir soyuq, xoş deyil halətim,
Canım çimçəşir, giz-giz eylər ətim.

Vəleykən budur, bəndə ərzinı sizə,
Gəlin sübh çağı nahara bizə.

Mənim halətim də səhər çaği çaq –
Olur, bir-biriylən bir az goblaşaq".

Dedi tülkiyə ləklək: "Ey mehriban,
Sizə gəlməyə hazıram hər zaman.

Vəleykən bu oldu mənimçün düyün
Ürəkdə ki, sən içmədin aş bugün".

Dedi ləkləkə tülkü: "Olma məlul,
Bu zəhmət ki, çəkdin mənə var qəbul.

Mürəxxəs olum mən, gedim mənzilə,
Səhər tez gəlin, sürtməyin əl-ələ".

Nahara bişirdi bulamac aşı,
Süpürdü, təmiz eylədi bir daşı.

Caladı onun üstünə aşı o çağ,
Dedi ləkləkə: "Meyl ediz dağ-dağ!

Heyfdir bu cür aş olsun sovuq.
Buyur, ta sovuq olmayıb, ol yavuq".

Baxıb aşü daşə, işi anladı,
Peşiman olub öz-özün danladı.

Ki, "Vurdum mən əvvəldə yoldaşıma –
Bu rəngi, bu gun gəldi öz başıma.

Bu, türkəməsəldir: Gəlir başına,
Hər ol kəs edər hər nə yoldaşına.

Dedi: "Neççə gün bundan ön, gəldi, zağ,
Bizim mənzilə, biz çəkmişdik cinağ.

Kömək etdi tarı, onu udmuşam,
Bu gün nəzr edib mən, oruc tutmuşam.

Mən öz nəzrimi sındıra bilməzəm,
Cəhənnəm oduna başarmam dözəm".

Dilin saldı tülkü siyirdi aşı,
Yaladı yerin, pak qıldı daşı.

Dedi: "Ey qadan özgələr canıma,
Bu aş olmadı heç güvara mənə,

Dedi ləklək: "Ey dusti-pakizəhal,
Bu mətləb deyil olgilən bixiyal.

Əzizim, gətirdim səninçün məsəl,
Birin gər qonaq etdin, olma dəğəl.

Ərənlər deyiblir ki, "Ev sahibi,
Qonağım qabağına qoysun qabı.

Yeməkdə qonağı gərək gözləyə,
Yeyim gər az oldu, özü az yeyə.

Uşağı qonaq yanına qoymasın,
Qonaq gər deyər "qoy gələ" uymasın.

Əgər üzdə hər qədr oxşar, öyər,
Ürəkdə uşağın atasın söyər.

Özü gər uşağın çox istər kişi,
Gorəkməz gələ özgələr də xoşi".

Bırı mən, uşaqdan gəlır çox bədım,
Uşaq sahibi anlamaz, mən nedim?

Uşağı pis öyrətmə, öydürmə çox,
Hər ol kim, uşağın öyər, ağlı yox.

Bu sözdən darılma, gərək ey dədə,
Uşağa gərək atası ədəb öyrədə,

Hər ol kəs ki, öz oğlunu öydürür.
Atasın, öləndən sora, söydürür.

Atadan, o xoşdur əgər anlaya.
Uşaq boş duranda döyə, danlaya.

Uşağa ol ustad verdi əmək,
Ki: söydü, acıqlandı, vurdu kötək.

Daş istər gəc olsun, gərəkdir pişə,
Geci döyməsən, bilmə gəlsin işə...

Səni gər döyər, dostdur Hidəci,
Ki, gəlməz işə döyməsinlər gəci.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR