Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Hadi - Dilək

Məhəmməd Hadi - Dilək
Sakura

Məhəmməd Hadi - Dilək

Yüksək dilək, ay dilək,
Aydın dilək, “ay” dilək,
Yolçuyuz, yol üstünə
İşığını yay, dilək.
Parlaq dilək, ay dilək,
Gözlərdən də bay dilək.
Sansız işıqlarından
Millət alır pay, dilək.
Səninlə gözlər gülər,
Alınlar, üzlər gülər.
Hansı dodağa qonsan,
Ağızda sözlər gülər.
Bir külfətin içində
Sənsən işıqlı xəndə.
Adın “təbəssüm” olmuş
Xoşbəxt olan dəhəndə.
Xəstələrə səhhətsən,
Gücsüzlərə qüvvətsən.
Dünya cəhənnəm olsa,
Sən özün də cənnətsən.
Dirilik zəhmətlidir,
Çox da mərarətlidir.
Həqiqət aləmində
Xəyalın ləzzətlidir.
Bu ağır yük çəkilməz,
Şu acılar içilməz.
Sənsiz, a parlaq dilək,
Qaranlıqlar keçilməz.
Yol göstərən, ay dilək,
Nicatın özü sənsən.
Yaşamağı sevdirən –
Sözümün düzü sənsən.
Dirilik qaralanda,
Onun gündüzü sənsən.
Biz ağlardıq həmişə,
Güldürə biri sənsən.
Qaranlıqların, iştə,
İşıq ulduzu sənsən.
Yerdə səadət varsa,
Şəksiz ki, izi sənsən.
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR