Dərc edildi: Baxış sayı: 509
Məhəmməd Füzuli - Yeddi cam/İkinci camın keyfiyyəti
Ver, Saqi, о Nuhun gəmisi rahəti-canı,
Ver ki, məni qərq etdi bu qəm, dərd tufanı.
Gül tək saralıb sоldu həyatım acı qəmdən,
Ver, ver ki, içim bəlkə tapım, Saqi, nicat mən!
Ver, Saqi, ver оl zahir edən ism ilə zatı,
Ver, ver о ağıl Хizri üçün abi-həyatı.
Nəfsilə ölən gözlərimə nur tökülsün,
Pəjmürdə düşən qönçələrim bir daha gülsün.
Ver, Saqi, ver оl ayna kimi badeyi-canı,
Bir badə ki, əks eyləyir о, cümlə cahanı.
Ver, ver ki, içim, təşvişimi ta eləyim kəm.
Ver, ver ki, görünsün gözümə büsbütün aləm.
Agah elədin öylə ki, bu feyzi qədəhdən,
Bu badə ilə nəşəmi artır, tamam et sən.
İkinci qədəh ilə ürək qüvvət alıb ta
İzhar eləsin hər şeyi batində nə varsa.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət