Dərc edildi: Baxış sayı: 904
Məhəmməd Füzuli - Yar hali-dilimi zar bilibdir, bilirəm
Yar hali-dilimi zar bilibdir, bilirəm,
Dili-zarımda nə kim var, bilibdir, bilirəm.
Yari əğyar bilibdir ki, mənə yar olmaz,
Mən dəxi onu ki, əğyar bilibdir, bilirəm.
Zülfünü əhli-vəfa seydinə dam eyləyəli,
Məni ol damə giriftar bilibdir, bilirəm.
Mən nə hacət ki, qılam şərh ona dərdi-dilimi,
Qamu dərdi-dilimi yar, bilibdir, bilirəm.
Yar həmsöhbətin olmazsa, Füzuli, nə əcəb,
Özünə söhbətimi ar bilibdir, bilirəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət