Dərc edildi: Baxış sayı: 659
Məhəmməd Füzuli - Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar
Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar,
Bihəmdillah ki, ömrüm uzanar, cəm’iyyətim artar.
Demən11 əksik məni tədric ilə yaqut olan daşdan,
Boyandıqca cigər qanilə qədrü qiymətim artar.
Tuta gör göz yolun, ey əşk, kim, təmkinim əksikdir,
Bu surətxanənin gördükcə nəqşin heyrətim artar.
Mərizi-dərdi-eşqəm, tərki-aləmdir muradım kim,
Bu naxoş mülkdə əyləndigimcə zəhmətim artar.
Büküldü qamətim həsrət yükündən, vəh ki, aləmdə
Ümidim əksilib hər ləhzə yüz min, həsrətim artar.
Nə şərbətdir qəmin kim, içdigimcə əksilir səbrim,
Nə sehr eylər rüxün kim, baxdığmca rəğıbətim artar.
Çox olduqca qəmü dərdim rəhi-eşq içrə xoşhaləm,
Füzuli, şad olub şükr etməyimmi, ne’mətim artar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət