Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq

Məhəmməd Füzuli - Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq
Sakura

Məhəmməd Füzuli - Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq

Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq,
Sənə əksik deyil, göydən yağar, yerdən bitər aşiq.

Mənə məqsud tərki-eşq idi, vəh kim, meyi-hüsnün,
Olub gün-gündən əfzun, qıldı gün-gündən bətər aşiq.

Tamaşayi-cəmalından nəzər əhlini mən etmə,
Nə syd ol xub üzdən kim, ona qılmaz nəzər aşiq.

Çəməndə payibusindən olubdur səbzələr xürrəm,
Haman bir səbzəcə olmağa aləmdə yetər aşiq.

Qılırsan min ciyər qan, hər yana baxdıqca, ey zalim
Nə baxmaqdır bu, hər dəm qandan alsın bir ciyər aşiq?

Qırarsan əhli-eşqi, tutalım, kimsə əlin tutmaz,
Nə işdir bu, gərəkməzmi sənə, ey simibər, aşiq?

Nə pərvanə dözər bir şöləyə, nə şəm bir ahə,
Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR