Dərc edildi: Baxış sayı: 3564
Məhəmməd Füzuli - Olur qəddim düta eşqin yolunda, hər bəla görgəc
Olur qəddim düta eşqin yolunda, hər bəla görgəc,
Təriq əhlinə adətdir təvazö, aşina görgəc.
Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən,
Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görgəc.
Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə,
Əgərçi su bürudət kəsbini eylər həva görgəc.
Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan,
Be-eyni eylə kim, fəryad edər itlər, gəda görgəc.
Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsə
Mənə el, cismi-üryanımda nəqşi-buriya görgəc.
Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca,
Kim eylər zülm mən’in, padihaşım, sən rəva görgəc?
Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasından
Ki, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görgəc.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət