Dərc edildi: Baxış sayı: 2283
Məhəmməd Füzuli - Leyli və Məcnun/Qəzəl Məcnun Dilpəzirindir
Ya rəb, bəlayi-eşq ilə qıl aşina meni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
Olduqca men götürmə bəladan iradətim,
Mən istərəm bəlanı, çü istər bəla məni!
Təmkınimi bəlayi-məhəbbətdə qılma süst,
Ta dust tən edib deməyə bivəfa məni!
Getdikcə hüsnün eylə ziyadə niganmın,
Gəldikcə dərdinə betər et mübtəla məni!
Mən qandanü mülaziməti-etibarii cah,
Qıl qabili-səadəti-fəqrü-fəna məni!
öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!
Nəxvət qılıb nəsib Füzuli kimi mənə,
Ya rəb, müqəyyəd eyləmə mütləq mana meni!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət