Dərc edildi: Baxış sayı: 3469
Məhəmməd Füzuli - Leyli və Məcnun/Öylə sərməstəm ki, idrak etməzəm dünya nedir
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kıməm, saqi olan kimdir, meyü səhba nədir.
Kərçi canandan dili-şeydam üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili-şeyda nədir.
Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal,
Aşiqə məşuqdən hərdəm bu istiğna nədir?
Hıkməti-dünyavü mafihə bilən arif deyil,
Arif oldur bilməyə dünyavü mafihe nədir.
Ahü fəryadım, Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət