Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Leyli və Məcnun/Mürəbbe

Məhəmməd Füzuli - Leyli və Məcnun/Mürəbbe
Sakura

Məhəmməd Füzuli - Leyli və Məcnun/Mürəbbe

öeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin? 
Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin? 
Əhd bünyadm mürüwətdirmi viran etdiyin?! 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!
Ləhzə-Iəhzə müddəiler pəndini guş eyledin, 
Qanə-qanə ğeyr cami-şövqünü nuş eyledin, 
Varə-varə ehdü peymani feramuş eylədin, 
Qanı, ey zalım, bizimlə ehdü peyman etdiyin?!
öeyrə salıb mehrini bizden sovutdun aqibət, 
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət, 
Əhdlər, peymanlar etmişdik, unutdun aqibət, 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!
Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq? 
Biz qəmin çəkdik, sən etdin özgəyə ğemxarlıq. 
Sizdə adət bumudur? Böylə olunnu yarlıq? 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!
Çərx tək bədmehrlik rəsmini bünyad eyledin, 
Yaxşı adın var ikən, döndün yaman ad eyledin, 
Dönə-dönə bizi ğəmnak, özgeni şad eyledin, 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!
Könlümüz minbəd zülfünçün pərişan olmasm, 
Bağnmız ləlin həvasilə dəxi qan olmasın, 
Bivəfasən! Çeşmimiz yadinlə giryan olmasın, 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!
Vədeyi-vəsl ilə aldın səbrimiz, aramımız, 
Olmadı bir gün vüsahndan müyəssər kamımız. 
Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR