Dərc edildi: Baxış sayı: 465
Məhəmməd Füzuli - Leyli və Məcnun/Ey qılan şeyda məni, mendən bu istiğna nədir
Ey qılan şeyda məni, mendən bu istiğna nədir?
Nişə sormazsan ki, əhvali-dili-şeyda nədir?
Gər mənə xəlq içrə pərva qılmadın, mezursan,
Böylə tənhalıqda qılmazsan mənə pərva, nədir?
Səhldir gər bilməyib halım, tərəhhüm qılmamaq,
Halımı bilmək, tərəhhüm qılmamaq emma nədir?
Gül təmannasmda derlər bülbülün qovğalann,
Çün gülü gördükdə qılmaz meyl, bu qovğa nədir?
Ol pəri mütləq məni-risvaya qılmaz iltifat,
Ey Füzuli, bilməzəm cürmi-məni-risva nədir?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət