Dərc edildi: Baxış sayı: 2000
Məhəmməd Füzuli - Leyli və Məcnun/Bu qəzəl Məcnuni Zarındır
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim, dərdimi izhar qıldım isteyib dərman,
Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm.
Mükəddər xatirimdən qılmadı bir kimsə ğəm dəfın,
Səfadən dəm uran həmdəmləri əhli-riya gördüm.
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən
Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.
Ayaq basdım dəri-ümmidə, sərgardanlıq əl verdi,
Hünər səriştəsin tutdum, əlimdə əjdaha gördüm.
Mənə göstərdi gərdun, tirə bəxtim kövbəkin yüz gez,
Məni-bədbəxt ona hərgah kim, baxdım, qara gördüm.
Füzuli, eyb qılma üz çevirsəm ehli-aləmdən,
Nədən kim, hər kime üz tutdum, ondan yüz bela gördüm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət