Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Leyli və Məcnun/Bu qəzəl Məcnun dilindəndir

Məhəmməd Füzuli - Leyli və Məcnun/Bu qəzəl Məcnun dilindəndir
Sakura

Məhəmməd Füzuli - Leyli və Məcnun/Bu qəzəl Məcnun dilindəndir

Küfri-zülfün salalı raxnələr imanimizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə.
Səni görmək mütəəzzir görünür böylə ki, əşk 
Sənə baxdıqda dolar dideyi-giryanimizə.
Cövrü çox eyləmə kim, olmaya nagəh tükənə,
Az edib cövrü cəfalar qılıban canimizə.
Əskik olmaz ğəmimiz bunca ki, bizdən ğəm alıb, 
Her gelən ğəmli gedər, şad gəlib yanimizə.
Var hər həlqeyi-zəncirimizin bir ağzı,
Müttəsil verməyə ifşa ğəmi-pünhanimizə.
Ğəmi-əyyam, Füzuli, bizə bidad etdi,
Gəlmişiz əcz ilə dad etməyə sultanimizə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR