Dərc edildi: Baxış sayı: 748
Məhəmməd Füzuli - Kəmali-hüsn veribdir şərabi-nab sana
Kəmali-hüsn veribdir şərabi-nab sana,
Sana həlaldir, ey müğbeçə, şərab sana.
Səni mələk görəli yazmaz oldu eşqi günah,
Vəli yazıldı bu üzdən bəsi səvab sana.
Ləbin sualına verməz cəvab üşşaqın,
Sual olursa bu səndən, nədir cəvab sana?
Cəza günündə sorulmaz xətalər eylədiyin,
Yetər fəğan ilə mən verdiyim əzab sana.
Məni qərarım ilə qoymaz oldun, ey gərdun,
Yeridir ahim ilə versəm inqilab sana.
Şüai-cövhəri-tiğindən umma rəhm, ey dil,
Saqınma su verə, ey təşnə, ol sərab sana.
Füzuli, başına ol sərv sayə saldı bu gün,
Ülüvvi-rifət ilə yetməz afitab sana.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət