Dərc edildi: Baxış sayı: 1072
Məhəmməd Füzuli - Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil
Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil,
Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.
Var gül bərgində həm əlhəq, nəzakət birlə rəng,
Leyk, canpərvər ləbi-lə’lin kimi şirin degil.
Mehriban derlər səni əğyarə, lakin mən ona
Bavər etmən kim, sənə mehr eyləmək ayin degil.
Xublər mehrabi-əbrusinə qılmazsan sücud,
Dinini döndərgil, ey zahid, ki, yaxşı din degil.
Ta Füzuli qamətü rüxsarına vermiş könül,
Maili-sərvü həvaxahi-gülü nəsrin degil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət