Dərc edildi: Baxış sayı: 670
Məhəmməd Füzuli - Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,
Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!
Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid,
Kimi görsən sən öz dinində, təklifi-nəmaz eylə!
Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında,
Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə!
Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid,
Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə!
Sənin nazın görəndə əql qalmaz həsbətən lillah,
Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə!
Yolunda intizari-məqdəminlə xak olan çoxdur,
Xüram et bir qədəm, min xakisari sərfəraz eylə!
Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən,
Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət