Dərc edildi: Baxış sayı: 1313
Məhəmməd Füzuli - Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu
Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu,
Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.
Sanmanız qanlı düyün, sinə dəlib, baş çəkmiş,
Şöleyi-atəşi-ahi-dili-suzandır bu.
Kəsmə ümmid könül başına cizginməkdən,
Ola nagəh, düşə fürsət ələ, dövrandır bu.
Dəmbədəm canımı, ey dərdü bəla, incitmin!
Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.
Nə yaxırsan oxun, ey atəşi-dil, vəsl günü,
Bizə hicran gecəsi şəmi-şəbistandır bu.
Könül istər ala bir bu səri-zülfündən, leyk,
Vermədən can dilər almaq, sanır asandır bu.
Dün demişsən ki: Füzuli mənə qurban olsun!
Sənə qurban olayım, yenə nə ehsandır bu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət