Dərc edildi: Baxış sayı: 820
Məhəmməd Füzuli - Gər deyil bir mah mehrilən mənim tək zar sübh
Gər deyil bir mah mehrilən mənim tək zar sübh,
Başin açib nişə hər gün yaxasın yırtar sübh.
Gün deyil, hər gün bir ay mehrilə köksün çak edib,
Tazə-tazə dağlərdir kim, qılır izhar sübh.
Tiği-xurşid ilə rəf olsa yeridir kim, müdam,
Yandırıb pərvaneyi, şəmə verir azar sübh.
Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim,
Şam şəmi-bəzm olub, ayrıldı məndən yar sübh.
Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa,
Sərf edər hər ləhzə min-min lölöi-şəhvar sübh.
Eşqdə sadiqlik izhar etdi dağın göstərib,
Qaliba derlərdi kazib, qıldı ondan ar sübh.
Hicr şamında qəm etmişdi Füzuli, qəsdi-can,
Olmasaydı mərhəmətdən dəm vurub qəmxar sübh.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət