Dərc edildi: Baxış sayı: 761
Məhəmməd Füzuli - Ey saçın fikri qamu sevdalərin sərmayəsi
Ey saçın fikri qamu sevdalərin sərmayəsi!
Olmasın başimdən əksik sərvqəddin sayəsi.
Baş qoyar hər sübhdəm xurşid xaki-payinə,
Bu səadətdən onun gəldikcə artar payəsi.
Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah!
Kim mənə bəs, muyi-julidəm cünun pirayəsi.
Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk,
Dəhri-zalın qılmış ətfali-rəyahin dəyəsi.
Bərqi-ahindən Füzulinin göyərdi bixəbər,
Dünlər əfğanilə bidar olmasa həmsayəsi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət