Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm

Məhəmməd Füzuli - Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm
Sakura

Məhəmməd Füzuli - Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm

Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm,
Bulmuşam feyzi-nəzər səndən, sənin qurbaninəm.

Kakilin tarinə peyvənd etmişəm can riştəsin,
Başın üçün bir tərəhhüm qıl ki, sərgərdaninəm.

Nola qılsam tərki-mey, minnət qılıb zahidlərə,
Neylərəm mey nəşəsin, mən kim, sənin heyraninəm.

Şanəvəş yüz navəki-qəm sancılıbdır canıma,
Ta əsiri-həlqeyi-giysuyi-mişkəfşaninəm.

Əl çəkib, qəti-nəzər qılmış əlacımdan təbib,
Bildi guya kim, xərabi-nərgisi-fəttaninəm.

Canə meylin var isə, hökm eylə, təslim eyləyim,
Şah sənsən, mən sənin bir bəndeyi-fərmaninəm.

Qönçə qılmaz şad, gül açmaz tutulmuş könlümü,
Arizuməndi-ruxi-alü ləbi-xandaninəm.

Qan edib bağrım, işim ah etmə hər dəm, ey fələk,
Hörmətim tut bir-iki gün kim, sənin mehmaninəm.

Ey Füzuli, atəşi-ah ilə yandırdın məni,
Qaliba sandın ki, şəmi-külbeyi-ehzaninəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR