Dərc edildi: Baxış sayı: 1328
Məhəmməd Füzuli - Eşq ətvarın müsəlləm eylədi gərdun mana
Eşq ətvarın müsəlləm eylədi gərdun mana,
Bunca kim, yıldı-yügürdü, yetmədi Məcnun mana.
Qıldı məndən rəf təklifi-namazi məstlik,
Saldı ancaq nəşeyi-cami-meyi-gülgun mana.
Bağiban, gər meyl qılman sərvini, məzur tut,
Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana.
Dustlar, qan-yaş töküb qıldı məni rüsvayi-xəlq,
Vəh ki, düşmən çıxdı axır dideyi-pürxun mana.
Olmazam, hər qanda kim olsam, giriftar olmadan,
Bir bəladır göz, bir afətdir dili-məhzun mana.
Ey Füzuli, navəki-ahimlə aldım intiqam,
Dönə-dönə gərçi bidad etdi çərxi-dun mana.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət