Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Dust bipərva, fələk birəhm, dövran bisükun

Məhəmməd Füzuli - Dust bipərva, fələk birəhm, dövran bisükun
Sakura

Məhəmməd Füzuli - Dust bipərva, fələk birəhm, dövran bisükun

Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale' zəbun.

Sayeyi-ümmid zail, afitabi-şövq gərm,
Rütbeyi-idbar ali, payeyi-tədbir dun.

Əql dun-himmət, sədayi-tənə yer-yerdən bülənd,
Bəxt kəmşəfqət, bəlayei-eşq gün-gündən füzun.

Mən qəribi-mükü rahi-vəsl pürtəşvişü məkr,
Mən hərifi-sadəlövhü dəhr pürnəqşü füsun.

Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla,
Hər hilaləbru qaşı, bir sərxəti-məşqi-cünun.

Yeldə bərgi-lalə tək təmkini-daniş bisəbat,
Suda əksi-sərv tək təsiri-dövlət vajigun.

Sərhədi-mətlubə purmöhnət təriqi-imtəhan,
Mənzili-məqsudə purasib rahi-azimun.

Şahidi-məqsəd nəvayi-çəng tək pərdənişin,
Sağəri-işrət hübabi-safi-səhba tək nigun.

Təfriqə hasil, təriqi-mülki-cəmiyyət məxuf,
Ah bilmən neyləyim, yox bir müvafiq rəhnümun.

Çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al,
Gör ona nə rənglər çəkmiş sipehri-niligun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR