Dərc edildi: Baxış sayı: 749
Məhəmməd Füzuli - Cəhan içrə hər fitnə kim, olsa hadis
Cəhan içrə hər fitnə kim, olsa hadis,
Ona sərvi-qəddindir, əlbəttə, bais.
Mədarisdə təhqiqi-muyi-miyanın,
Dəqayiqdən ortayə salmış məbahis.
Müvəhhidlərə qılma inkar, zahid,
Meyi-vəhdəti sanma ümmül-xəbais.
Iki didəsiz aləmə Yusifü sən,
Sizə yox cəhan içrə imkani-salis.
Mənə cəm olur qanda kim, var bir qəm,
Mənəm mülki-qəm içrə Məcnunə varis.
Töküb əşk kuyində, vəslin dilər dil,
Saçar nəf’ üçün danə toprağə haris.
Üzarü ləbin vəsfin eylər Füzuli,
Ona həm müfəssir derəm, həm mühəddis.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət