Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Bəngü-Badə (II hissə)

Məhəmməd Füzuli - Bəngü-Badə (II hissə)
Sakura

Məhəmməd Füzuli - Bəngü-Badə (II hissə)

ĞƏZƏBİ - MEY BE SAQİYİ-SADƏ


Dedi:

- Ey saqiyi-rəkiksüxən.

Bu nə sözdür məgər ki, bəngisən?

Anladım böylə rəngi-ruyindən.

Bu dilaranə göftü guyindən

Ki, xəyali-nifaq edibsən sən,

Bəng ilə ittifaq edibsən sən,

Bu aradan məni götürmək üçün.

Onu bir dövlətə yetirmək üçün.

Görəyim ol xəyali xam olsun,

İltifatım sənə haram olsun.

Neçə yerlərdə gördüm, ey ovbaş,

Səni əgri və qılmadım elə faş.

İmdi naçar üzinə çıxdım,

Səndən oldu ki, könlüni yıxdım

Durma, dur imdi ər müvafiq isən,

Nüql tək söhbətimdə sadiq isən,

Dediyin sərgəşin gətir başın,

Dəstgir eylə yarü yoldaşın!

Saqi ol işdə tapdı heyranlıq,

Çəkdi ol qissədən pəşimanlıq.

Qıldı məkr ilə ol şər işdə hiyəl;

Dedi:

- Məstəm, aman mənə bu məhəl!

Sübhdəm kim, düşə güzarım ona,

Varayım, yazayim xumarım ona.

Onu daş ilə səngsar edəyin,

Sındırıb сismini qubar edəyin.

Badə tünd oldu ol təəllüldən,

Bir ğərəz anladı təğafüldən.

Saqiyi tutdu Mey, yaman tutdu,

Belə tutar, kimi ki, qan tutdu.

Oldu saqi Meyin giriftari,

Faş edən böylə olur əsrari.


ƏZMİ-TƏDBİR KƏRDƏNİ-BADƏ


Saqiya, qılma tərki-badeyi-nab,

İstəsən, Meydən istə fəthül-bab.

Meydir ayineyi-сəmalül-lah,

Zinhar, ondan eyləmə ikrah.

Bir qədər başla, nəşəm eylə təmam

Ki, tapam qüvvəti-ədayi-kəlam.

Saqi olğaс əsirü Mey müztər,

Atəşi-fitnə çəkdi şöleyi-şər.

Yığdı yaninə Badə-əshabın,

Açdı tədbiri-dövlət əbvabın.

Ki, bu dəklü fəsadə çarə nədir,

Çarə ol zişti-nabəkarə nədir?


MƏSLƏHƏT DİDƏNİ-ƏRƏB BA MEY


Dedi əvvəl Ərəq ki: - Ey Meyi-nab!

Qılma nəşə xəyali ilə şitab.

Şahsən, xəsmə çakəp etmə özün,

Bir qulunla bərabər etmə özün.

Surəti-halinə nəzər qılma,

Böyüdüb ani mötəbər qılma!

Düşmə sövdasına, təğafül qıl,

Neçə gün səbr ilən təhəmmül qıl!

Ol sənin qədrü şövkətin nə bilir,

Öz-özündən çürüp, ərir, əzilir.


GÖFTÜ GUYİ-NƏBİD HƏM ƏZ PEY


Çün Ərəq sözlərin tükətdi, Nəbid

Dedi: - Ey nütfeyi-Сəmü Сəmşid.

Dövlət oldur ki, düşmən ola zəbun,

Olmadan bir şərapə şölə füzun;

Bir şəbixun ilə həlak edəyin,

Hiddətindən сəhanı pak edəyin.

Olmaya az ikən bu iş çox ola,

Dəxi dəfinə çarəsi yox ola.


SÜXƏNİ-BUZƏ DƏR TƏDARÜKİ-HAL

Çün Nəbid eylədi sözünü təmam,

Dedi Buzə ki: - Ey Meyi-gülfam!

Nə təğafül, nə сəng qıl pişə,

Bu işə qıl bir özgə əndişə.

Ver ona lütf mücdəsilə firib,

Ola kim, ixtilatı ola nəsib.

Yanına gəlgəс ol fəsadi-zaman,

Eylə məkr ilə dəfini pünhan.

Nə məsaf eylə kim, yaman ola ad,

Nə təğafül ki, gün-gün arta fəsad.


HƏM İBA KƏRDƏNİ-MEY ƏZ ƏQVAL


Qılmadı hiç qövlü Badə qəbul,

Gəlmədi hiç söz ona məqbul;

Dedi: - Oldur səlah kim, əvvəl

Qılmayam irtikabi-сəngü сədəl,

Göndərəm qasid ilə, pənd verəm,

Bir neçə pəndi-sudimənd verəm.

Pənd ilə tabe olsa, yarımdır,

Olmasa, сəng xud şüarımdır.

Kimdir imdi ki, əzmi-rah qıla,

Sayeyi-dövlətim pənah qıla.

Özünü Bəng məсlisinə sala,

Sözümü söyləyə, сəvabım ala?


RƏFTƏNİ-BUZƏ BORDƏNİ-PEYĞAM


Gəldi göftarə Buzeyi-bədnam,

Laflar urdu ol nəmək bəhəram

Kim: - Mənə əmrin olsa, münqadəm,

Mən səfər şiddətinə mötadəm.

Bəngə peyğamın eyləyim iysal,

Görməsəm sülhə onda istiqbal,

Zərb ilən onu sərnigun edəyin,

Əzəyin, yenсəyin, zəbun edəyin.

Tutdu Mey Buzənin sözünə qulağ,

Dedi: - Ey Buzə, yaxşısan, üzün ağ!

Yeri, onun şükuhini sındır,

Badipayi-qüruridən endir!

 

  1.  Hissələr şərtidir
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR