Məhəmməd Əmin Rəsulzadənin yeni fotosu necə ortaya çıxdı…
Tanınmış araşdırmaçı-yazar, kolleksiyaçı Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin yeni fotosunu əldə edərək, social şəbəkələrdə yayıb. Şəklin 80-90 il bundan əvvələ aid olduğunu nəzərə alsaq, bu tapıntının hardan əldə edilməsi maraq doğurmaya bilmir.
Geniş müzakirələrə səbəb olan fotonun əldə edilməsi ilə bağlı Modern.az-a danışan Dilqəm Əhməd şəklin onda 2014-cü ildən olduğunu deyib:
“Fotoşəkli 2014-cü ildə almışam. İlk dəfə "Fərqlilər" kitabımda dərc olunub. Mənim arxivimdə Rəsulzadəyə aid məktub və rəsmlər çoxdur. Onları mütəmadi olaraq kitablarımda verirəm. Bu şəkli də İstanbulda bir bukinistdən almışam”.
D.Əhməd hələ texnikanın inkişaf etmədiyi dövrə aid olan şəklin rəngli olmasına da aydınlıq gətirib:
“Foto Rəsul Həsən tərəfindən rəngləndirilib. O, uzun müddətdir rəngləndirmə və bərpa işləri ilə məşğuldur. Bir neçə dəfə şəxsi arxivimdəki şəkilləri rəngləndirib. Mən şəkli paylaşandan sonra izləyicilər ondan xahiş etdilər, o da sağ olsun, ortaya möhtəşəm iş qoydu”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət