Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Əmin Rəsulzadə - M.Ə.Rəsulzadənin Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqi

Məhəmməd Əmin Rəsulzadə - M.Ə.Rəsulzadənin Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqi
Sakura

Məhəmməd Əmin Rəsulzadə - M.Ə.Rəsulzadənin Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqi

Həzarat! İndicə keçən natiq Əbülhəsən gördünüz ki, nə ürəkdən, ürəyinin ən dərin güşəsindən bugünkü hali-övzamızdən, şəhrimizin bir zülm-mücəssəm və qədr dəhşətnakə fiiftar olmasından şikayət etdi.
Bu bəlayi-əzimdən qurtarmaq, bu dəhşətli zülm və qəddarlar əlindən xilas olmaq üçün o təklif ediyordu ki, rəislərimizə yalvaraq, yaxaraq, taki onlar bizə rəhm edib yazıqlansınlar, bizim halımıza yanıb əhvalımıza çarəsaz olsunlar.
Heyhat! Möhtərəm natiq səhvdədir. Bizdə rəis yoxdur. Bizim rəislərimiz cəmaətimizin başına cəlladlar olmuşlar. Biçarə cəmaəti bu cəlladların əlindən qurtarmalıdır. Bu xilaslıq da cəmaətin öz əli ilə gərək olsun. Başqa bir yol yoxdur. Cəmaət özü-öz azadlığına gərək çalışsın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir fayda olamaz. Çün həmişə qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də qəssab onun bu naləsinə baxmaz. Ancaq öz işinə məşğul olar, başınkəsib dərisin soymağa, ətin çəkib taraş etməyə çalışar.
Iştə cəmaəti bu dərəcəyə çatdırmaq, öz həqqini alacaq mərtəbəyə yetirmək üçün onun gözlərini açmaq, həqqi və batili ona bildirmək lazımdır. Dəyər ki, cəmaət öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsin, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz.
Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər.
Iştə bu yolda da təşyiinə yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdir. İştə bi qoca ədib də haman cəmaətin hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir ki, bu barələrdə çox danışıldı və vaxt müsaidət etmədiyindən nitqimi uzun etməyib qurtarıram.
Həmin bu maarif mücahidi olan piri-rövşənzəmirə xitabən cəmaətin maarifmənd və mütərəqqi olduğunu özünə məslək tutan “Nicat” maarif cəmiyyəti tərəfindən deyirəm ki, yat allah sənə rəhmət eyləsin!!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR