Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Başlanğıc

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Başlanğıc
Sakura

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Başlanğıc

Nizaminin nəzmini oxursan,
Sözündə sən onu hazır bularsan.

Cilvəsini səndən necə o saxlar
Ki, hər beytində anladır bir əsrar.

Yüz ildən sonra da desən harda o?
Beytlərdən nida gələr burda o!

Yüz il deyil, səkkiz yüz ildən sonra da “burda o!”sunu duyduğumuz Nizami, müsəlman Şərqinin ürfan xəzinəsinə daxil İran və dünya ədəbiyyatında Nizami Gəncəvi kimi tanınan şairdir. Müsəlman Şərqi dedikdə, Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla, Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur. Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni kamillik dövrləri vardır. Bura bir tərəfdən İran və Turan, digər tərəfdən də Ərəb ilə Əcəm çəkişmə və çarpışmalarının səhnəsi olmuşdur. Tarixi hadisələrin təsirilə baş verən qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yatağı olan bu yerlərdə, yeni bir mədəniyyət meydana gəlmişdir: Şərq İslam mədəniyyəti.

Nezami-ra ço in menzume xani
Hozurəş dər soxən yabi əyani
Nehan key manəd əz to celvesazi 
Ke dər hər beyt quyəd ba to razi
Pəs əz səd sal gər quyi koca u?
Ze hər beyti neda xizəd ke: ha u!
NEZAMİ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR