Məhəmməd Əmani - Azərbaycanlı şair
Məhəmməd Əmani XVI əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində yaşamışdır. İngilis şərqşünası Ç.Riyo iddia edir ki, Əmani I Şah Təhmasib və I Şah Abbas dövründə yaşamış, türk əmiri olmuş, Səfəvi sarayına yaxın şair kimi tanınmışdır. M.Əmani Təbriz (1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603) üzərinə hərbi yürüşlərin iştirakçısı kimi öz şeirlərinin bir qismini bu yürüşlərə həsr etmişdir. Şair həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmışdır.
Əmani yaradıcılığında qəzəl əsas yer tutmuşdur. Dövrün bir sıra sairləri klassik Şərq poeziyası ənənələrini davam etdirirdilər. Məhəmməd Əmani dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ədəbi məktəbinin orijinal davamçllarındandır.Əmani lirikasının bir sıra xüsusiyyətləri ədəbiyyat tariximizdə ona qiymətli mövqe qazandırmışdır.Şairin bədii irsi onun yazıb-yaratdığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatını,ədəbi-mədəni mühitini öyrənmək üçün müəyyən imkanlar yaradır. İctimai həyata aktiv münasibət,dilin sadəliyi,ifadə tərzinin aydınlığı onun qəzəllərinin əsas səciyyəsini təşkil edir.
Məhəmməd Əmaninin yazıb-yaratdığı dövrdə Azərbaycan ədəbiyyatı əsasən ana dilində inkişaf edirdi. Bu dövrdə yaranan ədəbiyyat bir tərəfdən öz qidasını yazılı klassik ədəbiyyatdan alırdısa,digər tərəfdən şifahi xalq ədəbiyyatından təsirlənməkdə idi. Məhəmməd Əmaninn bir şair kimi inkişaf edib formalaşmasında dövrün,ədəbi mühitin və mədəniyyətin təsirilə yanaşı özündən əvvəlki mədəniyyət və ədəbiyyatın nailiyyətlərinin də böyük və mühüm təsiri olmuşdur. Əmani öz gözək şeirlərini yazarkən ondan qabaqkl söz ustalarının mütərəqqi ənənələrindən qidalanmışdır. M.Əmaninin bir lirik şair olaraq Füzuli ənənələri ilə daha yaxından bağlı olmuşdur. Məhəmməd Füzuli şeir aləmində söz sənətinin müxtəlif rəngli,müxtəlif ətirli güllərlə bəznmiş elə gülzarını yaratmışdır ki, onu görməyə,öyrənməyə,öz sənətinin təravətləndirməyə bu bağçadan şitil və maya aparmağa çan atmayan bir sənətkar təsəvvür etmək çətindir. Məhəmməd Əmanini lirikası əsasən həyata və insanın məhəbbətinə həsr olunmuşdur. Bu lirikanın əsası şairin mənsub olduğu xalqın həyatının gözəlliyindən, Azərbaycan ədəbiyyatının zəngin ənənələrindən və tükənməz xalq yaradıcılığından alınmışdır.Əmaninin yaradıcılığı istər məzmun,istərsə də forma cəhətdən cox zəngindir. O,divanlarının əsasını təşkil edən qəzəllərində də,rübai,qoşma,bayatı və məsnəvilərində də dövrünün görkəmli bir şairi kimi özünü göstərməkdədir.Məlum olduğu kimi lirika və məhəbbət mövzusu Azərbaycan ədəbiyyatında ən qədim janrlardan biri olub, əsrlər keçdikcə şairlərimizin yaradıcılığında yeni-yeni keyfiyyətlər kəsb edərək inkişaf etdirilmişdir. Əmaninim lirikasında insan məhəbbəti əsas yer tutur. Bu şeirlərdə onun eşq və məşuq haqqında fikirləri və lirik hissləri verilir. Bu da yüksək fikir,təmiz insani münasibət,daxili paklıq və ülvi mənəviyyatın təbliği üçün o zaman sənətin qarşıya qoyduğu əsas məsələ idi.
Şeirləri:
Görsəm üzün cananımın
Qənimətdir səfa sürmək
Rübailəri:
Rübailər
Bayatıları:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət