Slimfit
  1. İQTİSADİYYAT

Məhəmməd Barkindo: "Pandemiyaya görə qeyri-sabitlik davam edir"

Məhəmməd Barkindo: "Pandemiyaya görə qeyri-sabitlik davam edir"
Sakura

Məhəmməd Barkindo: "Pandemiyaya görə qeyri-sabitlik davam edir"

Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində neft bazarındakı qeyr-müəyyənlik və qeyri-sabitlik davam etdiyi üçün OPEC+ ölkələri ehtiyatlı davranmalıdır.

Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo OPEC+ texniki komitəsinin bu gün keçirilən iclasından sonra bildirib.

Xatırladaq ki, OPEC+ ölkələri 2020-ci ilin sonunda hasilatın azaldılmasında yumşalmalara getməkdən imtina edərək cari ilin yanvarında gündəlik hasilatı 1,9 milyon barel əvəzinə, cəmi 0,5 milyon barel artırıb, fevral – aprel ayları üçün isə əvvəlki hasilat səviyyəsində qalıblar.

Həmçinin Səudiyyə Ərəbistanı hasilatı daha 1 milyon barel ixtisar etmək öhdəliyini üzərinə götürüb. Yalnız Rusiya və Qazaxıstan hasilatı bir qədər artırmaqla bağlı razılıq əldə edib.

Martın 31-də və aprelin 1-də keçiriləcək görüş zamanı OPEC+ çərçivəsində aprel ayından sonrakı dövrdə hasilatın həcmi müzakirə olunacaq. “Reuters” xəbər verir ki, Səudiyyə Ərəbistanı may və iyun aylarında da mövcud hasilat həcmini saxlamaq niyyətindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR