Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Bağır Xalxali - Sələbiyyə/Qurdla tülkünün söhbəti

Məhəmməd Bağır Xalxali - Sələbiyyə/Qurdla tülkünün söhbəti
Sakura

Məhəmməd Bağır Xalxali - Sələbiyyə/Qurdla tülkünün söhbəti

Dedi Tülkü: "Sənə, ey fəxri-əhrar,
Mürəxxəs eyləsən bircə sözüm var.

Budur ərzim, nədən böylə pərişan
Olubsan, şüğlün olmuş ahü əfğan.

Gözündən müttəsil qan-yaş tökərsən,
Fəlakətlə yaman günlər görərsən".

Dedi Qurd: "Ey oğul, qoy mən cavabın
Deyim indi, cavabın, ya savabın,

Cavanlıq aləmində şərr idim mən,
Şəriri-nəfsi-bumi-dəhr idim mən.

Nə çox baş verdi məndən zülmi-bidad,
Əlimdən göylərə qovzandı fəryad -

Ki, çox çöldə keçi, oğlaq çığırtdım,
Yelin salmış inəklər qarnı yırtdım.

Müsəlmanları saldım iztirabə,
Təpildim kömlərə, qoydum xərabə. 

Çobanlar başına gətdim oyunlar,
Ayırdım kəllədən kök-kök qoyunlar.

Gəlir yadıma bir gün bir cavanın,
Həmin bu dərədə kəsdim amanın.

Qəşəng oğlan ki xətti gəlməmişdi,
Cavanlıqdan muradın almamışdı.

Tərəhhüm etməyib, qanını tökdüm,
Yetən saət yıxıb qarnını sökdüm.

Yedim, doydum, yetişdim müddəamə,
Gəlib dağ başına, girdim bu damə.

Gecə keçdi, səhər gəldi, çıxıb gün,
Nə gördüm, bu biyabani tutub ün.

O vaxtda yüz nəfər gördüm zənü mərd,
Dolanır çölləri banaləvü dərd.

Həmin ki, tapdılar ol növcavani,
Olub bu dərədə məhşər əyani.

"Oğul vay!" Naləsi tutdu cahani,
Salıb dərdə zəminü asimani.

Dalınca bir gəlin, oğlan anası,
Başında qarə, əldə toy xınası.

Yetişdilər o nəşi-namuradə,
Yolub saçlarını gəldilə dadə.

Qarışdı səs-səsə, qopdu qiyamət,
Qiyamətdən göründü min əlamət.

Gərək bu zülmlər olsun mükafat,
Odur, tutmuş məni dərdi-afat. 

Keçir hər cür ola dünya əzabım,
Görən, aya nola yövmül hesabım.

Oturmaqdan, əzizim, heç kar aşmaz,
Bu halətdə bizə yatmaq yaraşmaz.

Ümidim var ki, olsun məqdəmin xeyr,
Gedək ruzi dalınca, eyləyək seyr.

Əlimdən tut, məni qovza, dayaq ol,
Təğafül eyləmə, oğlum, sayaq ol.

Eşitcək bu sözü, Tülkü olub şad,
Qüyudi-dərdü qəmdən oldu azad.

Qabaqca öpdü qurdun səqqəlindən,
Dalınca durdu yapışdı əlindən.

Dedi: "Qüm, ya rəfiqi, ya ənisi,
Məlazi-məlcəi- övni-rəisi".

O dəm qurd istədi dursun, yıxıldi,
Töküb yaşın, ürəkdən nalə qıldı.

Dedi: Canım aldı natəvanlıq,
Bədəndə taqətim yox, ay cavanlıq!

Cavanlıq getdi əldən, dad, bidad,
Dəxi olmaz bu qəmli xatirim şad.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR