Slimfit
  1. MƏDƏNİYYƏT

“Məhəbbət tanqosu” Opera və Balet Teatrının səhnəsində

“Məhəbbət tanqosu” Opera və Balet Teatrının səhnəsində
Sakura

“Məhəbbət tanqosu” Opera və Balet Teatrının səhnəsində

Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq artisti Liliya Sabitovadır.

Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevin idarə edəcəyi səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Birpərdəli baletin truppa rəhbəri Xalq artisti Kamilla Hüseynovadır.

İki gəncin sevgisindən bəhs edən səhnə əsərində onlardan biri həyatını faciəli şəkildə itirsə də, həyatın davam etdiyi, məhəbbətin əbədi olduğu vurğulanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR