Slimfit
  1. CƏMİYYƏT

"Mehdiyev Rusiya üçün bitmiş fiqurdur" - Açıqlama

"Mehdiyev Rusiya üçün bitmiş fiqurdur" - Açıqlama
Sakura

"Mehdiyev Rusiya üçün bitmiş fiqurdur" - Açıqlama

Ramiz Mehdiyevin baş verən hadisələrdən sonra dünənki açıqlaması, daha çox təhdid xarakteri daşıyırd. Özü haqqında yaratdığı mif, keçmiş nüfuzu, arxasına aldığı komandası vasitəsilə sakit dayanmayıb, ölkədə qarışıqlıq yaradacağına inananlar, bu barədə danışanlar var.

Əslində elə yuxarı dairələr də bir müddət öncə Ramiz Mehdiyevin öz əlaltıları vasitəsilə ölkədə qarışıqlıq yarada biləcəyi barədə dəfələrlə rəsmi efirlərdən mesajlar veriblər. Rusiyanın Azərbaycanda xüsusi “adamı” olan Mehdiyevin bu gücü qalıbmı? Rusiyalı generalların bu gün Bakıya təşrif gətirməsilə Mehdiyevin “toy”u arasında əlaqə varmı, Rusiya onu dəstəkləyəcəkmi?

Bizimyol.info-nun suallarını cavablayan politoloq, ehtiyatda olan zabit Tərlan Eyvazovun fikrincə ,bu məqamda Rusiyanı Mehdiyev yox, iki dövlət arasında olan maraqlar daha çox düşündürür.

Ramiz Mehdiyevin nəvəsinin toyu Ramiz Mehdiyevin nəvəsinin toyundan kadr

“Ramiz Mehdiyev onlar üçün artıq bitmiş fiqur, açılmış kartdır. Rusiya onun yerinə artıq çoxdan əvəz tapıb.Onun ölkəni qarışdıra biləcəyinə əsla inanmıram. Mən deməzdim onun kənardan o qədər dəstəyi olsun. Onun dəstəyi içəridən idi, bu dəstək də kəsildi. İndi hamı onun artıq siyasi meydandan tamamilə uzaqlaşdırılmasının şahidi oldu.Rusiya generallarının Bakıya səfəri isə Mehdiyevlə bağlı deyil.Bu dövlətlərarası olan münasibətlər çərçivəsində həyata keçirilən bir görüşdür. Rusiyanın Azərbaycanla milyardlıq layihələri var. Bunun əsasını hərbi sənaye kompleksləri üzrə ticarət sazişləri tutur, Azərbaycan Rusiyadan silah alan əsas alıcılarından biridir. Ona görə Ramiz Mehdiyev Rusiya üçün də Azərbaycan üçün də bağlanmış kitabdır. Ramiz Mehdiyev sadəcə indi əlində qalanları qorumaq üçün çabalayır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR