Slimfit
  1. CƏMİYYƏT

Mehdiabad qəsəbəsində yeni məktəb korpusu tikiləcək

Mehdiabad qəsəbəsində yeni məktəb korpusu tikiləcək
Sakura

Mehdiabad qəsəbəsində yeni məktəb korpusu tikiləcək

İradə xanım Gülməmmədova bir ildə minlərlə abşeronlu ilə görüşüb

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Mehdiabad qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Mehdiabad qəsəbə sakini, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının AzNews.az-a verdyi məlumata görə, rayon rəhbərliyinin görüşü intensiv xarakter daşıyır:

"Hörmətli İradə xanım Gülməmmədova Abşeron rayonun bütün qəsəbə və kəndlərində tez-tez vətəndaşlarla açıq görüşlər keçirir. Bu görüşlərdə rayonumuzda fəaliyyət göstərən idarə və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edir. Görüşdə sakinlərimiz mövcud problemlərini birbaşa icra başçısına çatdırır. Həlli mümkün olan problemlər yerindəcə müəssisə rəhbərləri ilə həll edilir. Başçı cənab Prezident İlham Əliyevin göstərişi ilə Abşeron rayonunun bütün qəsəbə və kəndlərində asfalt örtüyünün yeniləcəyini qəsəbə sakinlərinə çatdırdı".

Niyaməddin Orduxanlı bu dəfəki görüşdə icra başçısından 40 mindən çox sakini olan Mehdiabad qəsəbəsinin 1 nömrəli orta məktəbinə köməklik olunmasını xahiş edib:

“Bu görüş bir il ərzində Mehdiabad qəsəbə sakinləri ilə başçının altıncı görüşü idi. Demək olar ki, hər iki aydan bir İradə xanım qəsəbəmizdə görüş keçirir. 1960-cı illərdə tikilən 1 nömrəli məktəbimizdə 1500-dən artıq şagird oxuyur. Sinif çatışmazlığı mövcuddur. Bəzi hallarda 3 növbəli dərs keçirilir. Son illərdə qəsəbəmiz həddindən artıq böyüyüb, 5 məktəb fəaliyyət göstərir. İradə xanımdan xahiş etdim ki, 1 nömrəli məktəbdə sıxlığı aradan qaldırmaq üçün yeni bir korpusun tikilməsi üçün rayon icra başcısı kimi müvafiq qurumlar qarşısında məsələ qaldırsın. O isə cavabında bildirdi ki, Abşeron rayonunda 6 yeni orta məktəb və 14 korpusun tikilməsi ilə bağlı Prezident İlham Əliyevin göstərişi var. Və dərhal təhsil idarəsinin rəisinə tapşırıq verdi ki, sənədlər hazırlansın və yeni korpusun tikilməsi üçün rəsmi müraciət edilsin".

 BAXCP sədrinin müavini əlavə edib ki, qəsəbə sakinləri bu xəbəri çox sevinclə qarşılayıb:

"Tam səmimiyyətlə deyirəm, hər dəfə keçirilən görüşdə qəsəbəmizlə bağlı tərəfimdən qaldırdığım məsələlərə İradə xanım yaxından köməklik edib. O, tək Mehdiabad qəsəbəsinə deyil, rayonun 15 kənd və qəsəbəsinə də diqqət ayırır. Ümumilikdə başçı bir il ərzində fərdi qaydada minlərlə abşeronlu ilə görüşüb".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR