Slimfit
  1. CƏMİYYƏT

“Megacity”dən bədbəxt hadisə ilə bağlı - Açıqlama

“Megacity”dən bədbəxt hadisə ilə bağlı - Açıqlama
Sakura

“Megacity”dən bədbəxt hadisə ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, iyulun 18-də Bakının Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində 4 yaşlı Gülay Məmmədlinin hovuzda boğulması ilə bağlı məlumat yayılmışdı. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Mərkəzin baş meneceri Hüseyn Zairov açıqlama verərək bildirib ki, baş vermiş bədbəxt hadisənin Gülay Məmmədlinin ailə üzvləri ilə yanaşı mərkəzin də bütün işçi heyətini həddindən artıq sarsıdıb. 

Onun sözlərinə görə, bu 4 yaşlı Gülayın hovuza 9-cu gəlişi idi: “Naməlum səbəblərdən hovuzda Gülayın halı qəflətən pisləşib. Tərəfimizdən dərhal tədbirlər görülüb, təcili tibbi yardım çağırılıb və uşaq Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. Kədər və təəsüf  hissi ilə bildirirəm ki, səhəri gün Gülay dünyasını dəyişib. Bu hadisənin nə səbəbdən baş verməsi barədə tibbi ekspertizanın rəyi olmadan heç bir söz deyə bilmirik”. 

İdman mərkəzinin rəsmisi həmçinin klubun meneceri Emil Abdullayevin araşdırmadan, azyaşlının valideynlərinin hisslərinə toxunan müsahibəsinə görə cəzalandırıldığını açıqlayıb və buna görə üzrxahlıq edib: “Klubun meneceri Emil Abdullayev iyulun 19-da müsahibə verərkən həyəcan və stres səbəbindən ətrafdakı insanlardan eşitdiklərini araşdırmadan, əsası olmayan müsahibə verib. Bu da haqlı olaraq Gülayın ailə üzvlərinin hisslərinə toxunub. Bu kimi bəzi həqiqətə uyğun olmayan sözlər, həm Gülayın yaxınları, həm də klub barədə cəmiyyətdə mənfi fikirlər formalaşmağa şərait yaradıb.

Menecer barədə tənbeh tədbirləri görülüb. Biz mətbuatdan və vətəndaşlardan çox xahiş edirik ki, məsələyə bu səpkidə yanaşsınlar. Dəqiq araşdırma hüquq-mühafizə orqanları tərəfindən aparılır. Əməkdaşımız tərəfindən verilən dəqiqləşdirilməmiş məlumatlara görə üzrxahlıq edirik. Mən də öz adımdan, bütün mərkəzin əməkdaşları adından Gülay Məmmədlinin ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Dərdləri bizim dərdimizdir”.

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR