Medvedevin yeni vəzifəsi: Putinin “sağ əli” oldu
RT-nin məlumatına görə, Medvedin səlahiyyətlərinin çərçivəsi hələlik müəyyən deyil, çünki buna qədər Rusiyada sözügedən vəzifə mövcud olmayıb.
Bəzi ekspertlər yanlışlıqla eks-baş nazirin Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin müavini olacağını düşünərək, bunu Medvedevin mövqelərinin zəifləməsi kimi qiymətləndiriblər. Əslində, isə vəziyyət əksinədir. Yeni konfiqurasiyada Medvedev Təhlükəsizlik Şurası katibinin deyil, onun sədri Vladimir Putinin “sağ əli” olacaq.
Gazeta.ru-ya danışan rus politoloq Stanislav Belkovskinin sözlərinə görə, sözügedən təyinat Medvedevin faktiki olaraq vitse-prezident olması anlamına gəlir:
“Aparatdakı çəkisi və Qərbdəki əlaqələri Medvedevə hətta yeni vəzifədə daha az səlahiyyətləri olsa belə, prezidentin “xüsusi tapşırıqları”nı yerinə yetirməyə imkan verəcək”.
Medvedevin yeni vəzifəsi rəsmi qaydada təsdiq olmasa da, onun fəaliyyət dairəsi təxmin edilir. Medvedevi bu vəzifəyə təyin etməklə Putin ona ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasını tapşırıb. Keçmiş baş nazirin bundan sonra müdafiə və güc strukturları sahəsində özünəməxsus “moderator” olacağı ehtimal edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət