Dərc edildi: Baxış sayı: 664
Medvedevdən Əli Əsədova ad günü təbriki
Rusiyanın Baş naziri Dmitri Medvedev Azərbaycanın Baş naziri Əli Əsədovu ad günü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya ilə Azərbaycanı geniş sahələrdə davamlı inkişaf edən mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, hökumət xətti ilə aparılan birgə aktiv iş Rusiya-Azərbaycan münasibətlərini daha da gücləndirəcək və müxtəlif sahələrdə yeni perspektivli layihələrin icrasına əlverişli şərait yaradacaqdır", - təbrik məktubunda deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət