Dərc edildi: Baxış sayı: 550
Medvedev eyni anda 20 kanala müsahibə verəcək
Baş Nazir Dmitri Medvedev dekabrın 5-də günorta saatlarında canlı efirdə Rusiyanın 20 televiziya kanalına illik müsahibə verəcək.
“Qafqazinfo”nun “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, “Dmitri Medvedevlə söhbət” adlı yayım onun prezident və hökumət başçısı vəzifəsində işlədiyi müddətdə artıq 12-ci dəfə təşkil olunacaq. Belə ki, bənzər bir format ilk dəfə 24 dekabr 2008-ci ildə sınaqdan keçirilib.
Medvedev müsahibəsi zamanı ölkənin sosial-iqtisadi inkişafını və hökumətin işini dəyərləndirəcək, son bir ildə baş verən hadisələrə qiymət verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət