Slimfit
  1. CƏMİYYƏT

"Mediasiya haqqında" qanuna dəyişikliklər qəbul edilib

"Mediasiya haqqında" qanuna dəyişikliklər qəbul edilib
Sakura

"Mediasiya haqqında" qanuna dəyişikliklər qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mediasiya haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,dəyişikliklə mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.

Hazırda qüvvədə olan qanuna əsasən, mediasiya təşkilatı hüquqi şəxs statusunda idi.

“Mediasiya haqqında” qanuna görə, 1 iyul 2021-ci ildən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaq. Qüvvədə olan qanunun 21.10 və 29.4-cü maddələrinə əsasən, tərəfin mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdı. Bu maddələr ləğv olunub.

Mediatorun da vəzifəsi artırılıb. Artıq tərəflər deyil, mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borclu olacaq.

Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Qüvvədə olan qanuna görə, belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılacaqdı. Dəyişikliyə əsasən, bunun üçün ilk öncə tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanması əsas götürüləcək. Başqa sözlə, tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılacaq.

Hazırki qanunvericiliyə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi və ya bu barədə mediator tərəfindən tərtib olunmuş protokolun məhkəməyə təqdim olunması, məhkəmənin bununla bağlı tərəflərin iştirakı ilə keçirilmiş iclasda onların razılığı ilə iş üzrə icraata xitam verməsi nəzərdə tutulub.

Təklif edilən dəyişikliyə əsasən, mediator tərəfindən tərtib olunmuş protokol siyahıdan çıxarılır, yalnız barışıq sazişi əsas götürüləcək. Başqa sözlə, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunacaq. Məhkəmə də həmin barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam veriləcək.

Qüvvədə olan qanuna əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər və barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur. Dəyişikliyə əsasən, notariusa bu sahədə verilən səlahiyyət ləğv olunur. Beləliklə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə biləcək. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR