Slimfit
  1. CƏMİYYƏT

Media rəhbərləri parlament seçkilərinə qatılacaqmı - fərqli rəylər

Media rəhbərləri parlament seçkilərinə qatılacaqmı - fərqli rəylər
Sakura

Media rəhbərləri parlament seçkilərinə qatılacaqmı - fərqli rəylər

Gələn il fevralın 9-da keçiriləcək parlament seçkilərində siyasi qurumların təmsilçiləri, müstəqil namizədlərlə yanaşı, Azərbaycan mediasının tanınmış simalarından kimlərin iştirak edəcəyi hazırda müzakirələr sırasındadır. Onlardan bəzilərinin mövqelərini öyrəndik.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov təmsilçisi olduğu partiyanın namizədi olmazsa, seçkilərdə iştirak etməməkdə qərarlıdır: “Heç vaxt seçkilərə özüm getməmişəm. Yeni Azərbaycan Partiyasının siyahısı və dəstəyi ilə seçkilərdə iştirak etmişəm. Partiyanın nüfuzu mənə çox kömək olub. Yerlərdə də işlər aparmışam. Seçicilərim mənə həm də ona görə səs veriblər ki, birincisi partiyanın namizədi, ikincisi isə, müharibə dövründə hərbi müxbir olmuşam, Ağdamın ağır döyüşlərində, çadır şəhərciklərində insanların içərisində olub, yazılar yazmışam, onların sözlərini ictimailəşdirmişəm.

Bəxtiyar Sadıqov: ile ilgili görsel sonucu

Bəxtiyar Sadıqov: “Partiyanın dəstəyi olmasa, öz işimlə məşğul olacam”

Partiyanın dəstəyi olmasaydı, çox çətin olardı. Eyni zamanda, jurnalistlik fəaliyyətim də mənə kömək olub, nüfuz qazandırıb, məni camaatımıza sevdirib. İndi yenə partiya məsləhət görərsə, iştirak edəcəm. Əks halda partiyanın siyahısı, dəstəyi olmasa, öz işimlə məşğul olacam”.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Elçin Mirzəbəyli: “Seçkidə iştirakım partiyanın seçkili orqanlarının verəcəyi qərardan asılıdır”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Mən Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədrinin müaviniyəm. Bu səbəbdən də seçkidə iştirakım partiyanın seçkili orqanlarının verəcəyi qərardan asılıdır. Bazar ertəsi partiyanın seçkidə iştirakı barədə qərar açıqlanacaq. Namizədlərin irəli sürülməsi ilə bağlı yekun qərar isə irəlidəki günlərdə veriləcək. Yalnız bundan sonra seçkidə iştirak edib etməyəcəyim barədə konkret fikir söyləyə bilərəm”.

Akif Aşırlı: ile ilgili görsel sonucu

Akif Aşırlı: “Mübarizədə uğur qazanacağıma şübhə yeri yoxdur”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı indiyə qədər iki dəfə namizəd olduğunu söylədi: “Əvvəllər 2 dəfə Qazaxdan parlament seckilərinə qatılmışam, bir dəfə qeydiyyata alınmamışam.  Sonrakı iki seçki dönəmində proseslərə qatılmayıb, sırf yaradıcılıqla məşğul olmağa üstünlük verdim. İndi ölkədə ciddi dəyişiklər, islahatlar aparılır, siyasi müstəvidə də bu dəyişikliklərin müsbət nəticələr verəcəyi şübhəsizdir. Cəmiyyətdə yeniləşmə, yeni təfəkkürlü insanların önə çəkilməsi böyük ümidlər yaradır. Təbii ki, bu proseslərdən kənarda dayanmaq istəməzdim. Ədalətli, rəqabət mühitində və bərabər imkanlar çərçivəsində aparılan mübarizədə uğur qazanacağıma şübhə yeri yoxdur, yetərincə mübarizə aparmaq, seçki texnologiyalarından yararlanma və tətbiq imkanlarım var. Seçkilərə yeni start verilib, vəziyyəti ciddi təhlil edib, özüm üçün müəyyən məsələləri tam aydınlaşdırandan sonra seçkilərə qatılıb - qatılmayacağım barədə qərar verəcəm. Əgər seçkilərə getmək barədə qərar versəm, bu Qazax, ya da Qazax-Ağstafa-Tovuz seçki dairələri olacaq”.

Şakir Ağayev ile ilgili görsel sonucu

Şakir Ağayev:  “İstədiyimiz ab-hava yaranacaqsa...”

“Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayev hələ ki gözləmə mövqeyindədir: “Təxminən ayın 20-ə qədər qərarımı verəcəm. Ümid edirəm ki, seçkilər normal keçəcək. Bunu hər birimiz arzulayırıq. Əgər istədiyimiz ab-hava yaranacaqsa, proses, gedişat məni təmin edəcəksə, çalışacam ki, iştirak edim”.

Aydın Quliyev: ile ilgili görsel sonucu

Aydın Quliyev: “Yalnız ədalətli seçki rəqabəti mühitində qələbə şansı görürəm”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bununla bağlı öz Facebook profilində status paylaşıb: “Milli Məclisə 9 fevral seçkilər prosesinin plan-qrafiki də təsdiqləndi. Ciddi və qeyri-ciddi olmaqla iddiaçılar çoxdur. Mən şəxsən özüm üçün yalnız ədalətli seçki rəqabəti mühitində qələbə şansları görürəm. Belə mühitin əlamətlərini yetərli görsəm, namizədliyimi irəli sürmək haqda düşünəcəyəm”.

Əməkdaş jurnalist Qulu Məhərrəmli ile ilgili görsel sonucu

Əməkdaş jurnalist Qulu Məhərrəmli seçkidə iştirak etməyəcək: “Mənim nə deputat olmaq istəyim var, nə məni təyin edən, nə də seçən var. Ona görə deputat olmaq fikrim yoxdur. Mənə elə gəlir ki, daha çevik, dinamik, qanunlarla işləyə bilən, bir az yeni tipli insanlar lazımdır. Bunlar Azərbaycan xalqının siması olmalıdır. Məsələn, 90-cı illərin əvvəllərindəki parlament bütün emosionallıqlarına baxmayaraq, işgüzar bir parlament idi. 1995-ci ildə seçilənləri də belə saymaq olar. Amma sonrakı dövrlərdə təəssüflər olsun ki, parlament o keyfiyyətlərdə olmadı”.

“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov seçkilərə qatılacaq. O, bu barədə mətbuata açıqlama verib: “Parlament seçkilərində iştirak haqqında təbii ki, düşünürəm. Hər zaman amalımız xalqa, dövlətə, yeniliyə xidmət etmək olub. Hesab edirəm ki, indi dövlətçiliyimiz yolunda əlimizdən nə gəlirsə, harada, hansı sahədə bacarığımız varsa, onu ortaya qoymağın zamanıdır. Bu baxımdan özüm üçün müəyyənləşdirdiyim kriteriyalardan biri də parlamentdə təmsil olunmaqdır. Əgər namizəd olsam və seçicilər etimad göstərərsə, indiyə qədər olduğu kimi vətənə, dövlətə xidmət edəcək, xalqın xidmətçisi olacağam”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR