Slimfit
  1. MƏDƏNİYYƏT

Mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adlar təqdim edilib

Mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adlar təqdim edilib
Sakura

Mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adlar təqdim edilib

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adların təqdim etmə mərasimi keçirilib.

''Report'' xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin avanqardında mədəniyyət xadimlərinin dayandığını bildirib.

''Hər il cənab Prezidentin sərəncamı ilə müxtəlif mədəni tədbirlər keçirilir, xalqımızın mədəniyyətində önəmli yer tutan şəxslər mükafatlandırılır. Bu gün mükafatlandırılan şəxslərin arasında Azərbaycanın böyük nüfuza malik olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları da yer alır. Teatra dövlət statusunun verilməsinin 100 illiyi münasibətilə cənab Prezident teatr xadimlərini təltif edib. Digər tərəfdən müasir musiqimizin ayrılmaz hissəsi olan musiqiçilər də bu sırada yer alır", -  nazir vurğulayıb.  

Daha sonra Ə.Qarayev orden, medal və fəxri adları aşağıdakı şəxslərə təqdim edib:

“Şöhrət” ordeni

Quliyev Nurəddin Əzulla oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Məlik Ramiz Ağarza oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Adıgözəlov Yalçın Vasif oğlu - dirijor

“Xalq artisti”

Ağayeva Tünzalə Qabil qızı - estrada müğənnisi

Mirbabayev Mir Yusif Mir Heydər oğlu - estrada müğənnisi

Nəcəfova Röyalə Yaqub qızı - estrada müğənnisi

Abdullayev Kazım Ənvər oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Nurzadə Əli Qayıb oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

“Əməkdar artist”

Abdullayev Mətləb Fətəli oğlu - Akademik Milli Dram Teatrı, dram artisti

Babayeva Əminə Ağahüseyn qızı - Akademik Milli Dram Teatrı, dram artisti

Bəxtiyarov Rəşad Bəhram oğlu - Akademik Milli Dram Teatrı, dram artisti

Qarayev Elnar Cəfər oğlu - Akademik Milli Dram Teatrı, dram artisti

“Tərəqqi” medalı

Ağaverdiyeva Məsməxanım Aslan qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Atakişiyeva Mətanət Ağazair qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Əliyeva Münəvvər Sabir qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Həsənov Rafael Vaqif oğlu - Akademik Milli Dram Teatrı, işıq üzrə rəssam

Quliyev Elxan Əli Bala oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Məmmədov Elnur Mehrəli oğlu - Akademik Milli Dram Teatrı, bədii rəhbərin truppa üzrə köməkçisi

Məmmədov Hacıbaba İsmayıl oğlu - Akademik Milli Dram Teatrı, direktor müavini

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”

Cəfərova Bəsti Əli qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Əsədova Məleykə Əlifağa qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Mustafayeva Laləzar Bəşir qızı - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Novruz Ramiz Qəvvam oğlu - Akademik Milli Dram Teatrı, aparıcı səhnə ustası

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR