Slimfit
  1. AZƏRBAYCAN

Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru kollektivə təqdim olunub
Sakura

Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunan Ceyran Mahmudova təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 

Təhsil nazirinin müavini Firudin Qurbanov prezidentin sərəncamını səsləndirib. Nazir müavini universitetin tarixindən, yaşatdığı ənənələrdən, son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Ceyran Mahmudovanı yeni təyinatı münasibətilə təbrik edən nazir müavini ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

ADMİU-nun rektoru Ceyran Mahmudova da tədbir iştirakçılarını salamlayaraq, yeni təyinatına görə ölkə prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini deyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR