Dərc edildi: Baxış sayı: 615
Mədəniyyət Nazirliyi: İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısından çıxarılmayıb
“İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması barədə yayılan xəbərlər əsassızdır”.
Bu barədə ONA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında yayılan məlumatlar şayiədir: “İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısındadır. O, nəinki siyahıdan çıxarılmayıb, bu barədə heç müzakirə belə getməyib”.
Qeyd edək ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında xəbərlər yayılıb. Buna səbəb kimi İçərişəhər ərazisində aparılan tikinti işləri göstərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət