Slimfit
  1. MƏDƏNİYYƏT

Mədəniyyət naziri vətəndaşlar üçün növbəti videoqəbul keçirib

Mədəniyyət naziri vətəndaşlar üçün növbəti videoqəbul keçirib
Sakura

Mədəniyyət naziri vətəndaşlar üçün növbəti videoqəbul keçirib

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı şəhəri üzrə vətəndaşlar üçün videoqəbul keçirib. SİA-nın məlumatına görə, nazirlikdən SİA-ya bildirilib ki, növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Videoqəbulda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.

Əbülfəs Qarayev əvvəlcə vətəndaşlara müraciət edərək bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlərin, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini qeyd edib.

Sonra vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib.

Qəbul zamanı mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin təhsil ocaqları ilə əməkdaşlığı, musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirilib, "Cəngi" estrada-folklor kollektivinə lazımi avadanlıqların, Bakı kamera orkestrinə səhnə geyimlərinin verilməsi xahiş olunub. Həmçinin musiqi və incəsənət məktəbləri şagirdlərinin hesabat konsertlərinin təşkili, tədris proqramları ilə bağlı müraciətlər, fəxri adların verilməsi və digər məsələlər haqqında xahişlər diqqətə çatdırılıb.

Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Əbülfəs Qarayev sonda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa görüşlərlə yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR