Slimfit
  1. AZƏRBAYCAN

Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb

Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
Sakura

Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü sentyabrın 25-də Qusar şəhərində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazir Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl nazir Əbülfəs Qarayev və rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Qusar şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Xaçmazdan qəbula gələnlər rayonda dekorativ-tətbiqi sənət ilə bağlı muzeyin yaradılması, səyyar sənətkarlıq kurslarının təşkil olunması, işlə təminolunma, milli vokal qrupunun yaradılması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Quba sakinləri tərəfindən rayon mərkəzi kitabxanasında aparılmış əsaslı təmirə görə minnətdarlıq ifadə olunub, həmçinin gözdən əlillər üçün xüsusi proqram və kitabxanalara yeni kitabların verilməsi, Qırız kəndindəki VIII-X əsrlərə aid olan Əbu Müslim məscidinin bərpa olunması və tarixi abidə kimi qorunması, Mühüc və I Nügədi kəndlərindəki məscid binalarının təmiri, “Atəşgah” xalq folklor kollektivinin rəsmi statusunun bərpa edilməsi barədə müraciətlər edilib.

Qusardan qəbula yazılan vətəndaşların müraciətləri rayonun Uşaq incəsənət məktəbinə yeni musiqi alətlərinin verilməsi, Qusar Dövlət Rəsm Qalereyasının nəzdində satış köşkünün açılması, işlə təminolunma barədə idi.

Siyəzən sakinləri rayon Mərkəzi kitabxanasının fonduna neft sənayesinə aid kitabların verilməsi, rəsm qalereyasının yaradılması və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Şabran sakinləri Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenidən qurulması, xalq kollektivlərinin xarici ölkələrə səfərinin təşkili ilə bağlı nazirə müraciət ünvanlayıblar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR