Slimfit
  1. MƏDƏNİYYƏT

Mədəniyyət 30 ilə çökə bilər

Mədəniyyət 30 ilə çökə bilər
Sakura

Martinez "Baş verəcək sosial partlayışdan sonra insanlar pula deyil, 5,56 mm-lik mərmilərə dəyər verəcəklər"…

Texnologiya inkişafının ürəyi sayılan Silikon Vadisində illər boyu işləyən bir insan bir anda hər şeyi atıb niyə xəlvətə çəkilərək "axirət gününü" gözləməyə başlayıb?

Facebook-un keçmiş məhsul istehsalçı müdiri olan Antonio Garcia Martinez bu suala tək cümləylə cavab verib: "Çox qısa bir müddət ərzində dünyanın nəyə bənzədiyini gördüm və bu mənə bəs etdi."

 

BBC-nin "Silikon Vadisinin sirləri" adlı sənədli filmin yaradıcı qrupuna ABŞ-ın Seattle şəhəri sahillərindəki Orcas adasında satın aldığı geniş ərazidə müsahibə verən Martinez "Gələcək 30 il ərzində dünya əhalisinin yarısı işsiz qalacaq. İşlər daha da eybəcərləşəcək. Mədəniyyət tamamilə çökə bilər. Ona görə də mən burdayam" deyib.

Martinez "İşlər pis gedəcəyi təqdirdə Orcas adası ideal vəziyyətdədir. Üzərək belə Kanadaya qaçmaq şansınız vardır" deyir.

 

"Mədəniyyətin çöküşü" təhlükəsinə dair poliqonlar quran keçmiş Facebook nümayəndəsi həddən artıq irəli gedib-getmədiyi barədə suala belə cavab verib:

"Siyasət və texnologiya arasında ciddi bir yarış gedir. Hazırda isə texnologiya böyük məsafəylə irəlidədir. Texnologiya inkişafı nəticəsində çoxlu insanlar işlərini itiəcəklər. Bu vəziyyətin qarşısına keçib səfalətin qarşısını alacaq sosial siyasətlərə dair heç bir fəaliyyət yoxdur".

"Sadəcə ABŞ-da 30 milyon silah var. Bu da haradasa adambaşına bir silah düşür deməkdir. Bu silahların böyük hissəsi də iqtisadi baxımdan sərfəli mövqeyini itirən şəxslərin əlindədir".

Martinez onun xəlvətə çəkilən tək Silikon Vadisi nümayəndəsi olmadığını vurğulayaraq, bir çox keçmiş texnologiya mütəxəssisinin mədəniyyətdən uzaq bir həyatı seçdiyini bildirib. Martinez "Onlar gələcəkdən qorxurlar" deyib.

 

Mənbə: BBC Azərbaycan

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR