Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Mədəkiçiltmə əməliyyatı hansı fəsadlara yol açır?

Mədəkiçiltmə əməliyyatı hansı fəsadlara yol açır?
Sakura

Mədəkiçiltmə əməliyyatı hansı fəsadlara yol açır? - Həkim rəyi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əhali arasında mədə kiçiltmə əməliyyatı kimi tanınan növbəti əməliyyat icra olunub.

Publika.az xəbər verir ki, klinikanın ümumi cərrahı, 2-ci cərrahi xəstəliklər kafedrasının assistenti tibb üzrə fəlsəfə doktoru Elçin Abdinovun sözlərinə görə, pasientə “sleeve gastroectomy”, yəni mədənin boylama boruvari rezeksiyası əməliyyatı aparılıb:

“Bu, bariatrik əməliyyatlardan biridir. Öz sadəliyi, tez icra olunması ilə digər metodlardan seçilir. Əməliyyatın nəticəsi qənaətbəxş olduğundan, bütün dünyada bu əməliyyat növündən geniş istifadə olunur. Bu əməliyyat piylənmədən, artıq çəkidən, həmçinin digər ağır metabolik xəstəliklərdən əziyyət çəkən şəxslərdə icra olunur. Biz də piylənmə ilə bağlı müraciət edən pasientləri ətraflı müayinə etdikdən sonra mədənin boylama boruvari kiçildilməsi əməliyyatına qərar veririk”.

Həkim bildirir ki, artıq çəkisi olan, şişman insanların hamısının piylənmədən əziyyət çəkdiyini demək olmaz: "Bu əməliyyatı hər şişman insanda aparmaq olmaz. Əməliyyata göstəriş üçün müxtəlif beynəlxalq meyarlar var. İlk kriteriya bədən kütlə indeksidir. Bu göstərici (insanın çəkisinin boy uzunluğunun kvadratına bölünməsindən alınan rəqəm) 40 kq/m2-dan yuxarıdırsa, bu xəstədə mədə kiçildilməsi əməliyyatını icra etmək olar. Bədən kütlə indeksi 35-40 kq/m2 arasında olan bəzi pasiyentlərə də bu əməliyyata göstəriş olur. Biz bədən kütlə indeks 35 kq/m2-dən aşağı olan şəxslərdə bu əməliyyatı aparmırıq, onları endokrinoloq, dietoloq müalicəsinə göndəririk. Lakin bəzi xarici ölkələrdə bədən kütlə indeksi 35 kq/m2-dən aşağı, lakin dəfələrlə pəhriz saxlayıb arıqlaya bilməyən insanlarda da bu əməliyyat aparılır”.

Son vaxtlar mediada bariatrik əməliyyatın orqanizmdə başqa xəstəliklər, ciddi fəsadlar yaratması ilə bağlı müzakirələr aparılır. Elçin Abdinov hesab edir ki, bu cür ittihamlar ilk növbədə elmi tədqiqatlara əsaslanaraq söylənilməlidir. Əgər belə hallar həqiqətən də olarsa, araşdırılmalıdır: “Lakin arada gəzən söhbətləri, şou aləmində səslənən əsassız ittihamları yaymaq düzgün deyil. İndi hər bir kəsin internetdə bu əməliyyatla bağlı araşdırma aparması imkanı var”.

Həkim hər kəsə ciddi tibbi saytlarında yerləşdirilən məlumatlarla tanış olmağı, heç bir elmi əsası olmayan ittihamlara önəm verməməyi məsləhət görür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR